28 oktyabr 2022-ci il tarixində “Çıraq Humanitar İnkişaf İctimai Birliyi” tərəfindən yaradılan “Azərbaycana bağlıyıq” adlı və beş dildə fəaliyyət göstərən saytın təqdimatı keçirilib.
“ÇIRAQ” HİİB-nin “Azərbaycana bağlıyıq” (“Bound to Azerbaijan”) saytında Azərbaycan və ingilisdilli səhifələri ilə yanaşı fransız, alman və rus dilində fəaliyyət göstərəcək.
Saytın məqsədi Avropa ölkələrində, ABŞ-da və Kanadada Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsinə və təşviqinə nail olmaqdır.
Ednews sözügedən təqdimatdan video-süjeti təqdim edir:
Əbülfət Baxşəli