Bakı sakinləri qorxu içində: küçə itlərinin sayı durmadan artır Vəziyyətə hansı qurum nəzarət edir?

Cəmiyyət 15:11 05.11.2022

Son günlərdə paytaxtımızda sahibsiz itlərin sayında artım müşahidə olunur. Sadiq hesab olunan bu canlıların sərbəst şəkildə ətrafda gəzişməsi şəhər sakinlərinin həyatını təhlükə altında qoyur.

Bəs, sahibsiz itlərə qarşı hansı tədbirlər görülür? Onların quduzlaşmasının qarşısının necə alınır?

Məsələ ilə bağlı “Toplan” Sahibsiz itlərə qayğı mərkəzi ilə əlaqə saxladıq. Mərkəzdən Ednews-a verilən açıqlamada qurumun Bakı şəhərinin inzibati ərazilərdə reydlər keçirərək sahibsiz küçə itlərinin mərkəz əməkdaşları tərəfindən tutulduğu bildirilib.

“Mərkəzə gətirilən itlərə öncə fərdi baytarlar tərəfindən baxış keçirilir. Daha sonra onlar müayinə və müalicə edilir. Bu prosesslərdən sonra həmin itlər qısırlaşdırma (axtalama) əməliyyatı olunurlar”.

Qurum həmçinin itlərin quduzlaşmasına qarşı görülən tədbirlər barədə də məlumat verərək, onların xüsusi vaksinasiya prosessindən keçdiklərini də bildirib.

Üzücü statistika...

Əfsuslar olsun ki, Azərbaycanda son 3 ay ərzində təkcə Kliniki Tibbi Mərkəzə it dişləməsindən 321 nəfər müraciət edib.

Bəs, it dişləməsi zamanı hansı tədbirlər görülür?

Tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, professoru Adil Qeybulla bu barədə danışıb:

“Ümumiyyətlə, it, pişik, vəhşi heyvanların hücumu zamanı birinci məsələ həmin heyvanları müşahidə altında saxlamaq və paraleldə quduzluq əleyhinə vaksin etməkdir. Bu hər ehtimala qarşı profilaktik məqsədlə həyata keçirilir. Əgər müşahidə altında saxlanılan 1 ay müddətində həmin heyvanda bir dəyişiklik halı baş vermirsə, zərərçəkən insana da 2 yaxud 3 doza vaksin vurulur və məsələ də bununla bitir. Yox əgər, hansısa bir dəyişiklik baş verirsə, dərhal doza artırılır və müalicə istiqamətinə keçir”.

Quduzluq yoxsa...

“Azərbaycanda Heyvanların Mühafizəsi İctimai Birliyi”nin sədr müavini və ABŞ “Gözəl Dünya heyvanların xilası və müdafiəsi” təşkilatının təsisçisi və prezidenti Fərid Mansurov itin sadəcə insana hücum etməsinin quduzluq faktı olmadığını bildirib:

“Belə izah edim ki, itin sadəcə dişləməsinin quduzluq faktı kimi qeydiyyata alınması yanlışdır. Quduzluq və qapan it fərqli anlayışlardır. Məsələn, mənim evimdə itim var, o məni bir neçə dəfə dişləyib. Bu onun xarakteridir, quduzluq faktı deyil”.

F.Mansurov quduzluğun çox çətin sübuta yetən bir hadisə olduğunu vurğulayıb.

“Quduz it maksimum 1 ay ərzində ölür. Çünki, quduzluq xəstəlikdir. Həmin it öldükdən sonra onun beyni laboratoriya şəraitində öyrənilməlidir. Düzü, mən heç əmin deyiləm ki, ölkəmizdə elə laboratoriya var. Əgər, həmin heyvanın beynində müəyyən “B5 neqri qoşulmaları” adlanan hüceyrələr aşkar olunsa, bu zaman quduzluqdan danışmaq olar. Azərbaycanda bu yerə qədər bir dənə də olsun belə it aşkar olunmayıb”.

Sədr müavini heyvanların quduzluq qapma prosessi barədə də məlumat verib:

“İlk olaraq bildirim ki, quduzluq xəstəliyi ev heyvanlarının xəstəliyi deyil, vəhşi heyvanların əsasən də gəmiricilərin xəstəliyidir. Məsələn, it yaxud pişik çöldə yaşayan siçovulu boğsalar və həmin siçovul daşıyıcı olsa, onun qanından quduzluq keçmə ehtimalı yüksəkdir”.

O, həmçinin, itlərin küçələrdən yığılmaması üçün sanitar qaydalara riayət etməyin vacibliyini də vurğulayıb:

“İlk olaraq bunun üçün zibilləri hər yerə atmaq olmaz. Restoranların əksəriyyəti yeməkləri hara gəldi atırlar və onun qoxusuna pişiklər, itlər yığışır”.

Fərid Mansurov itlərinin sayının idarə edilməsi məsələsinə də toxunub:

“Biz itlərin sayını idarə edə bilərik. Əgər onlar həddən artıq çoxdursa, qısırlaşdırma tədbirləri həyata keçirilməlidir. Qısırlanmış itlərdə bütün hormonal fond aşağı düşür. Onlar artıq, ərazi üçün bir-birilə mübarizə aparmırlar və aqressiya səviyyələri az olur”.

O, Azərbaycanın 2007-ci ildə “ev heyvanlarının mühafizəsi” haqqında Avropa konvensiyasına qoşulduğunu da deyib.

“Ümumiyyətlə, Azərbaycanın İnzibati xətalar məcəlləsində 274-cü maddə var ki, heyvanlara qarşı amansız rəftardan danışılır. Bunu edən həmin şəxs, 500 manat miqdarında cərimə edilir. Həmçinin yerli icra hakimiyyətləri bu işlə məşğul olub heyvanların vaksinasiyası ilə məşğul olub onları tam təhlükəsiz hala gətirməlidirlər”.

Mövzunu diqqətdə saxlayacağıq.

Nəzrin Beydiyeva

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Hamısı