Azərbaycanın Çindəki səfirliyində Zəfər Günü ilə bağlı tədbir keçirilib

Cəmiyyət 11:06 09.11.2022

Noyabrın 8-də Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin “Qarabağ” zalında Zəfər Günü və “Şuşa ili”nə həsr edilmiş konsert proqramı təşkil edilib.

Bu barədə Ednews-a Azərbaycanın Çin Xalq Respublikasındakı Səfirliyindən məlumat verilib.

Çin ictimaiyyətinin, Pekindəki diplomatik korpusun və bu ölkədəki Azərbaycan və türk diasporunun nümayəndələrinin iştirak etdiyi rəsmi tədbirdə açılış nitqi ilə çıxış edən səfir Əkrəm Zeynallı 44 günlük Vətən Müharibəsi zamanı 8 noyabr tarixində Azərbaycan mədəniyyətinin beşiyi hesab edilən və xalqımız üçün müstəsna mənəvi əhəmiyyəti olan Şuşa şəhərinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Şuşanın azad olunmasının 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən üçtərəfli bəyanatın imzalanması ilə nəticələndiyini, 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sona çatdığını və Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğunu vurğulayan səfir, bu böyük zəfərdən sonra Cənubi Qafqaz regionunda uzun zamandır gözlənilən sülhün bərqərar olmasına tarixi imkanın yarandığını diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamına müvafiq olaraq, 8 Noyabr tarixinin təqvimimizə Zəfər Günü kimi daxil olunduğuna dair məlumat verən səfir, bu qürurverici tarixin xalqımız tərəfindən nəinki ölkəmizin ərazisində, onun hüdudlarından kənarda da böyük coşqu və təntənə ilə qeyd edildiyini vurğulayıb.

20 faizə yaxın ərazisinin 30 ilə yaxın bir müddətdə işğal altında olmasına, 1 milyondan çox soydaşımızn həmin ərazilərdən qovularaq qaçqın və məcburi köçkünə çevrilməsinə, işğal altındakı torpaqlarımızda bütün yaşayış məskənlərinin və infrastrukturunun tamamilə məhv edilməsinə, ümumiyətlə xalqımıza yaşadılmış bütün ağrı acılara baxmayaraq, bügün Azərbaycan Respulikasının bütün yaşanmış acıları keçmişdə qoymağı və tarixinin bu səhifəsini çevirərək Ermənistana sülh müqaviləsi bağlamağı təklif etdiyini tədbir iştirakçılarının diqqətinə çatdıran səfir Əkrəm Zeynallı, Ermənistan tərəfinin konstruktivlik nümayiş etdirəcəyi təqdirdə sülh müqaviləsinin yaxın zamanlarda imzalana biləcəyini və bununla da Cənubi Qafqaz regionda sülhün və əmin-amanlığın bərqərar olunacağına inamını ifadə edib.

Çıxışı zamanı səfir Əkrəm Zeynallı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edildiyinə dair məlumat vermiş və əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhərinin Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu, xalqımız üçün müstəsna mənəvi dəyər daşıdığını vurğulayıb.

Səfir Əkrəm Zeynallı ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin beşiyi və Şərqin konservatoriyası kimi də tanındığını bildirərək, bu şəhərin mədəniyyətimizə və ədəbiyyatımıza bəxş etdiyi dahi şəxsiyyətləri qeyd etmiş, Şuşa şəhərinin işğaldan öncəki görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, ənənəvi dolğun mədəni həyatına qovuşması üçün dövlətimiz tərəfindən görülmüş genişmiqyaslı işlərə dair məlumat vermişdir. Şuşa şəhərinin Azərbaycanın çoxəsirlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə 2022-ci ilin ölkəmizdə Şuşa ili kimi elan edildiyini söyləyən səfir, bu axşamkı konsertin də məhz bu çərçivədə təşkil edildiyini diqqətə çatdırıb.

Səfir Əkrəm Zeynallının çıxışından sonra İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzinin bədii rəhbəri, dünyaca məşhur virtuoz pianoçu Klaudiya Yanq solo konsert proqramı ilə çıxış etmişdir. Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Vasif Adıgözəlov və Tofiq Quliyevin əsərlərinin böyük məharətlə ifa olunduğu konsert dinləyicilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Tədbir Azərbaycan təamlarının təqdim edildiyi rəsmi ziyafətlə davam edib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı