“Meyxana insanı cinayətə sövq edir. Onun qaranlıq dünyası gəncləri uçuruma sürükləyir".
Bu sözləri şair Oğuz Ayvaz Ednews-a açıqlamasında bildirib.
“Meyxana Azərbaycan gəncliyi, cəmiyyəti üçün böyük təhlükədir. Meyxananın içində aqressiya olduğu üçün, bu istər-istəməz qarşı tərəfdə - onu dinləyənlərdə də aqressiya yaradır. Tutalım, bir adam əsəbidirsə və üstəgəl meyxana dinləyirsə, deməli, o potensial qatildir. Hər an ondan nəsə gözləmək olar. Rəşad Dağlının adam öldürmək hadisəsinin təfərrüatı başqa olsa da, yenə də ucu meyxanadakı aqressivliyə söykənir.
Təəssüf ki, meyxana kütləviləşib və onun qarşısını almaq olmur. Lap televiziyalarda meyxanaçılara efir qadağası qoyulsa belə, sosial platformalarda görünməyə, təbilğ edilməyə davam ediləcək. Beyinə, mənəviyyata heç bir xeyir verməyən meyxana sıradan çıxmalı, arxivə getməlidir”.
Qeyd edək ki, meyxanaçı Rəşad Dağlının qonşusunu qətl etməsi yenidən meyxana mövzusunu gündəmə gətirib.