Axşam saatlarından başlayaraq Quba və Qusarın dağlıq ərazilərinə qar yağmağa başlayıb.
Ednews Bizim.Media-nın Şimal bürosuna istinadən xəbər verir ki, Quba rayonunun Qrız, Xaltan, Xınalıq, Bostankeş və Qusarın Ləzə kəndlərinə, Şahdağ turizm mərkəzinə hazırda qar yağır.
Əvvəlki günlərlə müqayisədə havanın temperaturu xeyli aşağı düşüb.