Səlim Müslümovun məhkəməsindən: "Yoxlamaların müsbət həlli üçün 20 min manat rüşvət alıb"

Cəmiyyət 21:33 14.11.2022
Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Ednews Bizim.Media-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Elşən Əliyev ifadə verib. O deyib ki, müəllim işləyir, 15 saylı cəza çəkmə müəssisəsində məhkumlara dərs deyir, bundan əvvəl isə "Şahbulaq" MMC-də direktor təyin olunub. Şahidin sözlərinə görə, şəhid ailələrinə evlərin tikilməsi üçün müqavilə bağlayıb. Müqavilə bağlanandan sonra orada işdən çıxdığını deyən şahid bildirib ki, evlərin tikintisində iştirak etməyib. Şahidin sözlərinə görə, MMC-yə şirkətin təsisçisi Şahin Hüseynovun təklifi ilə gəlib, orada işlədiyi müddətdə heç bir ödəniş almayıb, heç bir maliyyə işinə qarışmayıb. İstintaq sənədlərinə görə, MMC-də 12350 manat çatışmazlıq yaranıb. Şahid iddia edir ki, bu çatışmamazlıqdan xəbəri olmayıb. Digər şahid İbrahim İsmayılov deyib ki, əmisi Teyyub İsmayılovun rəhbərlik etdiyi "Araz İnşaat" MMC-də işləyib. Onun sözlərinə görə, şəhid ailələri üçün 23 evin tikintisinin aparılması üçün tenderdə qalib olublar. Qeyd edib ki, hər evə görə nazirliyin tikilməkdə olan obyektlər idarəsinin rəisi Natiq Əzizova 3 min manat olmaqla, ümumilikdə 69 min manat veriblər. Şahid qeyd edib ki, Şamaxı rayonunda yarımçıq evlərin bərpası üçün MMC-yə 345 min manat köçürülüb: "Həmin məbləğ görülən işə görə az oldu. Buna görə də pulu geri qaytardıq. Pulu Fuad Əlizadəyə (DSMF-nin Bakı şəhərində hüquqi şəxslərlə iş üzrə departamentinin audit şöbəsinin müdiri - red.) veriblər. Onlar özləri yarımçıq evləri bərpa etdilər". Daha sonra ifadə verən şahid Elçin Əliyev deyib ki, Dövlət Əmək Müfəttişliyinin regional mərkəzinin Ucar rayon şöbəsinin rəisi olub. Onun sözlərinə görə, ərazi üzrə 120-130 müəssisədə yoxlama keçiriblər. O bildirib ki, Dövlət Əmək Müfəttişliyinin rəis müavini Anar Quliyevə il ərzində 800 manat qəzet pulu verib: "Həmin pulu da öz şəxsi hesabından verirdim. Anar müəllimin özünə pulu birbaşa verməmişəm. Zəng edib ki, sürücüm regiona gələcək, pulu onunla göndər. Məndə pulu sürücü ilə gömdərmişəm. Həmin pulu Nəşriyyatda qəzetlərə çatdırıb". Şahid ifadəsində əlavə edib ki, müəssislərdə apardıqları yoxlamalar zamanı heç kimdən rüşvət almayıb. Digər şahid, 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi olmuş Cəfər Əliyev deyib ki, müəssisəslərdə yoxlamalar baş idarə tərəfindən təsdiqlənib. Onun sözlərinə görə, Dövlət Əmək Müfəttişliyinin Xidmət sektor müdiri Emil Allahverdiyev onların işinə müdaxilə edib: "İri müəssisəsləri Emin Allahverdiyevin özü yoxlayıb. Yoxlamalarla bağlı müəssisəslərin siyahısını biz təqdim edirdik. Onlar isə təsdiqləyirdilər. İri müəssisələri özləri yoxlaylrdılar. Eşitdiyimə görə iri müəssisələrdən Emil Allahverdiyevin özü nəsə alıb". Bu zaman onun istinataqa verdiyi ifadəsi elan olunub. Həmin ifadəyə görə, Nizami rayonunda iri müəssisələri yoxlayan Emil Allahverdiyev yoxlamaların müsbət həll olunması üçün 20 min manat alıb. Şahid qismində ifadə verən Elçin Mahmudov deyib ki, vaxtı ilə Qusar rayon polis şöbəsinin cinayət axtarış şöbəsinin rəisi işləyib. Onun sözlərinə görə, Səfail Mirzəyev həmin dövrdə tanıyıb. O deyib ki, təqaüdə çıxandan sonra Səfail Mirzəyevin təsis etdiyi "Bina" MMC-də işləyib, buna görə aylıq 500 manat əməkhaqqı alıb. Şahid deyib ki, şəhid ailələri üçün Qusar rayonunda iki ev tikiblər, hər evin tikintisinə görə tikilməkdə olan obyektlərin rəisi Natiq Əzizova 3 min manat veriblər. Prokuror isə şahidi şəhid ailələrinə tikilməsi üçün dövlət büdcəsindən ayrılan pulu mənimsəməkdə ittiham edib. Şahid isə deyib ki, şəhid ailələri üçün ayrılan vəsaiti mınimsəyənlətin cəzasını Allah verəcək: "Bu vicdansızlıqdır". Növbəti proses noyabrın 21-ə təyin olunub. Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
DİQQƏT: Müəllim olmaq istəyənlərin sənəd qəbulunun vaxtı 5 gün sonra BİTİR
16:55 17.05.2024
Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ
16:50 17.05.2024
Hamısı