Azərbaycanda qiymətli kağızların dövlət reyestri aparılacaq.
Ednews xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugün keçirilən onlayn iclası zamanı Mülki Məcəlləyə dəyişikliklə bağlı qərarda əksini tapıb.
Dəyişikliklə qiymətli kağızların yeni dairəsi müəyyən edilir, qiymətli kağızların dövlət reyestrinin aparılması və sənədli qiymətli kağızın itirilməsi ilə bağlı hüquqi prosedurlar tənzimlənəcək.
Təklif olunan dəyişikliklərlə “səhm sahibləri” ifadəsi “səhm mülkiyyətçiləri”, “reyestrsaxlayıcı” ifadəsini “mərkəzi depozitar”, “mənzil” ifadəsi “daşınmaz əmlak”, “məhkəmə icraçıları” ifadəsi “icra məmurları” ilə əvəzlənir.