AZƏRTAC mətbuatımıza niyə tac ola bilmədi? MARAQLI SƏBƏBLƏR

Cəmiyyət 21:17 19.11.2022

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTac) İdarə heyəti sədri Aslan Aslanov vəzifəsindən azad edilib. Aslan Aslanovun vəzifədən çıxarılmasının əsas səbəbi Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətindəki problemlər olduğu bildirilir.

Belə ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) ölkəmizdəki bəzi ideoloji strukturlar kimi bir çox hallarda müasir çağırışlardan və Azərbaycan Prezidentinin tələblərindən geri qalırdı. Digər tərəfdən qonşu ölkələrin müvafiq dövlət agentliklərini müqayisə etdikdə və paralellər aparanda AZƏRTAC çox zəif görsənir. Türkiyənin "Anadolu" Agentliyi ilə müqayisə olunacaq səviyyədə deyil.

İstər Rusiya, istərsə də Türkiyənin dövlət xəbər agentlikləri ölkə mətbuatında lokomotivdir və onlarla rəqabət aparmaq heç də hansısa özəl xəbər agentliyinin hünəri deyil. Lakin Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) ölkə daxilində rəqabətdə nəinki, "APA" və “Report”a, hətta “Turan”a belə uduzur.

Böyük imkanlar fonunda zəif fəaliyyət

AZƏRTAC böyük bir informasiya maşını olmasına baxmayaraq, illik büdcəsi 10 milyon manatdan artıqdır. 200-dən artıq ştata malikdir. Bu azmış kimi, ötən ilin dekabr ayında agentlik üçün Bakının Atatürk prospekti, 70 ünvanında inşa olunmuş 9 mərtəbəli bina istifadəyə verildi. Ən müasir texnoloji avadanlıqların və ofis inventarlarının quraşdırıldığı yeni binada yaradıcı və texniki heyətin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Binada beynəlxalq standartlara uyğun xəbər zalları, multimedia vasitələri ilə təchiz olunmuş studiyalar qurulub, operativ dəyirmi masa, teleizləmə sistemi təşkil edilib.
Binada müxtəlif tədbirlərin keçirilməsi üçün sinxron tərcümə avadanlığı ilə təchiz edilmiş 180 yerlik konfrans zalı, 90 yerlik yeməkxana, zəngin ədəbiyyat fondu olan kitabxana, tibb və idman otaqları yaradılıb. Bir sözlə, AZƏRTAC-dakı şəraitə dünyanın istənilən aparıcı xəbər agentliyi qibtə edə bilər.

Ednews Bizim media-ya istinadən xəbər verir ki, lakin bütün bu resursların fonunda Agentliyin iş əmsalı 0-a bərabərdir. Hazırda ölkəmizdə 200-dən artıq xəbər portalı fəaliyyət göstərir.

Bu qədər xəbər portalından 1-i, yaxud 2-si gün ərzində AZƏRTAC-a istinadən xəbər yayımlayar. Amma analoji agentliklərin xəbərləri istənilən xəbər saytının gündəlik nəşrində ən azı 15-20 faiz yer tutur.

Hələ onu demirik ki, dövlət agentliyinin yayımladığı xəbərlərin oxucusu da yoxdur. Bəlkə elə ona görədir ki, agentlik xəbərlərin oxunma sayını gizlədir.

Agentlik 5-6 dildə xəbər yayımlayır, dünyanın müxtəlif ölkələrində 21 müxbir məntəqəsi var, amma bu 21 məntəqədən gün ərzində bəlkə də 21 dənə orijinal xəbər yayımlanmır. Bütün bu imkanlara baxmayaraq bərbad tərcümələr və müxtəlif dillərdən “copy past” xəbərlər bu gün AzərTac-ın real vəziyyətinin göstəricisidir.

AZƏRTAC informasiya cəhbəsində

Bu gün AZƏRTAC ancaq nazirlərin, icra başçılarının şəninə “güzgü tutur”. Gün ərzində yayımlanan xəbərlərin 70-80 faizi “bəy tərifi” və yaxud “dalay-dalay”dır. Bəsit olduğu qədər yersiz, yersiz olduğu qədər başdansovdu xəbərlər sıralanıb gedir. Həmin andaca digər agentliklərin bir neçəsinin səhifəsinə baxırıq. Xəbər lentlərində digər məsələlərlə yanaşı, ölkə başçısı İlham Əliyevin son xarici səfərlərinin yekunları ilə bağlı rəylər, hesabatlar yer alıb.

Etiraf etmək lazımdır ki, 44 günlük müharibədə AZƏRTAC sinifdə qaldı. Xalq-rəhbər birliyinə və Azərbaycan ordusunun tarixi hünərinə bu qurum arzulanan güzgünü tuta bilmədi. Əhali daha çox Türkiyə agentliklərindən informasiya alırdı.

Səbəbsə o idi ki, Aslan Aslanov ətrafına peşəkarları yox, daha çox özünə yaxın hesab etdiyi, Əli Həsənovun dəsti xəttini davam etdirən kadrları cəlb etmişdi.

Bu isə onu sübut edir ki, bu qurumda ciddi islahatlara ehtiyac var idi. AZƏRTAC-da iş sistemi elə qurulmalıdır ki, dövlətin verdiyi imkanlar hesabına qısa zaman kəsiyində nəinki regional, hətta dünya səviyyəli agentliyə çevrilsin.

Ona görə öz missiyasını yaxşı dərk etməyən AZƏRTAC rəhbərliyi bu gün ancaq və ancaq cılız görünən məlumatları cəmiyyətə ötürmək üçün səfərbər olub. Bu, belə olmasaydı, insanları narahat edən hansısa xəbər, problem agentliyin səhifəsində özünə yer tapardı.
Ümumiyyətlə, mükəmməl analitik yazılar, araşdırma məqalələr, müasir çağırışlara cavab verən xəbər siyasəti AZƏRTAC-ın işində demək olar ki, hiss edilmir. Hələ biz cəmiyyəti düşündürən problemlərin qabardılmasını demirik.

Məhz bu səbəblərdən dolayı, Aslan Aslanov sözün əsl mənasında qocaldığı,71 yaşında pensiyaya getmək vaxtı çatdığı üçün vəzifəsindən azad edildi.

 

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

ANAMA vətəndaşlara müraciət edib
ANAMA vətəndaşlara müraciət edib
12:02 11.05.2024
Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb
11:40 11.05.2024
Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11:40 11.05.2024
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salındı
11:30 11.05.2024
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
11:20 11.05.2024
Azərbaycan nefti cüzi ucuzlaşıb
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:17 11.05.2024
Ermənistan polisi Eçmiədzində silah-sursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb
11:10 11.05.2024
Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb
10:55 11.05.2024
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO
10:47 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
10:45 11.05.2024
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
10:15 11.05.2024
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi
09:51 11.05.2024
Bu gündən güclü maqnit qasırğası BAŞLAYIR
09:20 11.05.2024
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
09:00 11.05.2024
Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Hamısı