Müğənni Mətanət Əsədova əməliyyat olunub.
Ednews Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə aparıcı Zaur Baxşəliyev sosial şəbəkə hesabında açdığı canlı yayımda məlumat verib.
Aparıcı müğənni ilə birgə əməliyyat otağına girərək, prosesi başdan sona kimi çəkərək izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, M.Əsədova gözündən yerli klinikaların birində peşəkar həkim kollektivi tərəfindən əməliyyat olunub. İfaçının vəziyyətinin yaxşı olduğu diqqətə çatdırılıb.