Bakı şəhəri 45 nömrəli tam orta məktəbin sabiq direktoru 34 nömrəli tam orta məktəbə direktor təyin edilib.
Ednews xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, Bakı şəhəri 45 nömrəli tam orta məktəbin (1300 şagird yerlik) sabiq direktoru Axundova Nəcibə Novruz qızı 34 nömrəli tam orta məktəbin (523 şagird yerlik) direktoru vəzifəsinə yerdəyişmə edilib.
Qeyd edək ki, bir müddət öncə N.Axundovanın rüşvət istəməsi ilə bağlı səs yazısı yayılmışdı.
Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məsələ ilə bağlı müvafiq araşdırma aparıldığı bildirilmişdi.