Bakıda 13 yaşlı qız ərə verilir
Ednews xəbər verir ki bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə öz facebook hesabında paylaşıb.
Onun sözlərinə görə 13 yaşlı qızın 1 yaşında körpəsi var:
“Azyaşlını valideynləri erkən ərə veriblər. Ötən il isə körpəsi dünyaya gəlib. Xeyli müddətdir ki, qızı boşayıb, körpəsi ilə birgə ata evinə göndəriblər. Valideynləri yenidən 14 yaşlı qızı Xəzər rayonu Türkan qəsəbəsində yaşayan birinə ərə vermək istəyir”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi məsələni nəzarətə götürüb və araşdırma aparılır.