“Gələcəyin qatilini də tərbiyə edən məhz xanımdır” Azərbaycanda qadınlar niyə öldürülür? - Səbəbləri Ekspertlər AÇIQLADI

Cəmiyyət 16:00 25.11.2022

Bu gün Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günüdür. Azərbaycanda da son zamanlar qadınlara qarşı zorakılıq, şiddət halları çoxalmaqdadır.

Ednews mövzu ilə bağlı sosioloq və psixoloqdan münasibət öyrənib. Cavabları təqdim edirik.

Sosioloq Lalə Mehralı:

“Əslində bu cür günlərin qeyd edilməsi o cəmiyyətdə qadın hüquqlarının məhdudlaşdırılması, qadınların əziyyət və zorakılıq görmələrini etiraf etməkdir. Açıqlaması da odur ki, bu cəmiyyət qadınlarla davranmağı bilmir, onları insan olaraq, fərd olaraq qəbul etmir, hüquqlarını tapdayır, döyür, öldürür. Təəssüf ki, bizim ölkəmizdə də bu var, inkar edə bilmərik. Qadınlar döyülür, qətl edilir, erkən ərə verilir, oxumaq hüququ əlindən alınır, istismar edilir. Biz nə edirik? Dəyirmi masalarda söhbət edirik, çıxış yolları axtarırıq, maksimum bir-iki şüar yazıb səsləndiririk.

Qadınlar sadəcə öldürülmür, qadınlar vəhşicəsinə qətlə yetirilir. Onu qətlə yetirəni, bir öldürücü bıçaq zərbəsi ilə kifayətlənməyib 15-20 dəfə zərbə endirən, doğrayan, gözünü çıxaran, əzalarını ayıran, dərisini soyan kişiləri də biz qadınlar yetişdiririk. İstəməyərəkdən, bilməyərəkdən uşaq tərbiyəsində yol verdiyimiz səhvlər gələcəyin canisini, qatilini, sadistini yaradır. O uşaqların kimisi ətrafında, kimisi ailədə zorakılıq görür, şahidi olur və sonrakı həyatında bunu tətbiq edir.

Bu qədər cani, qatil necə yaranır deyə soruşsanız, cəmiyyət ümumi zəhmətinin nəticəsində yaradır bu cür insanları. Televiziyalar bütün gün qətl-cinayət verilişləri hazırlayaraq, Tv proqramları qətl törətməyin yollarını, izi itirməyin mümkün variantlarını aşılayır. Xanımına, qızına, anasına zorakılıq göstərən qonşu-tanışa heç kim etiraz etmir, polis zorakılıq gördüyü üçün boşanmaq istəyən qadını əri ilə barışdırır, sabah qətl törədən əri həbs edir. Ölmək istəmir qadınlar, azyaşlı uşaqlarını böyütmək istəyir, sıradan, normal insan kimi yaşamaq istəyir. Dövlət vətəndaşını təmin etməlidir, qatil ərin, cani atanın-qaynatanın ümidinə buraxmamalıdır ”.

Psixoloq Şahin Əliyev:

“Bu prosesin tarixi keçmişinə baxsaq görərik ki, zorakılığın başlanğıcı cins ayrımından başlayır. Hələ ta qədim zamanlarda insanlar qız övladı olmalarını istəmirdi. Çünki, onları qoruyacaq, yemək gətirəcək, döyüşəcək oğula ehtiyac var idi. Bu səbəbdən qızlar öldürülür və tələf edilirdi. Bu proses uzun illər davam elədi və daha cins ayrımı əsas öz başlanğıc mahiyyətini itirdi və bir çox xalqların mentalitetinə daxil edildi. Beləcə kişi təcəssümü qüdrəti yarandı. Şərq cəmiyyəti qapalı və kollektivist cəmiyyətdir. Bu cəmiyyətlərdə qadın kişi qədər bərabər qanuni hüquqlara sahib deyil. Oğlanlara uşaqlıqdan müəyyən qadağa və məhrumiyyət vermirlər, amma tam tərsi qızları olmazlarla böyüdürlər. Daha sonra böyüyən bu oğlanlar gözlə gördüklərinin eynisini təkrarlamağa başlayırlar. Burda yalnız və yalnız bir çıxış yolu var. Sağlam yolla qadınların maariflənməsi və təhsil səviyyəsinin artması və eyni zamanda toksik münasibət anlayışını dərk edib öz anasının həyat yolunu davam etdirməməsi”.

Oğuz Ayvaz

Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
DİQQƏT: Müəllim olmaq istəyənlərin sənəd qəbulunun vaxtı 5 gün sonra BİTİR
16:55 17.05.2024
Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ
16:50 17.05.2024
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO
16:35 17.05.2024
Cavanşir körpüsü bağlanır - Söküləcək
16:30 17.05.2024
Hamısı