"Yaponiya-Azərbaycan Dostluq İli"nə həsr olunmuş tədbir keçirilib

Cəmiyyət 14:26 26.11.2022
"Yaponiya-Azərbaycan Dostluq İli" çərçivəsində ölkəmizdə səfərdə olan Yaponiyanın Şika şəhərinin meri Masaru Koizumi, Şika şəhər Parlamentinin spikeri Masanori Minami və yapon musiqiçilərinin də daxil olduğu nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub.
 
Mərkəzdən Ednews-a verilən xəbərə görə, qonaqlar mərkəzin foyesində benefisiarların əl işlərindən ibarət sərgiyə baxıblar. 
 
Sərgidə Yaponiya və Azərbaycan incəsənətini, milli mənəvi dəyərlərini əks etdirən bədii sənətkarlıq nümunələri yer alır. Mərkəzlə tanışlıq zamanı Yaponiya nümayəndə heyətinə həssas qrupdan olan şəxslərlə aparılan kompleks iş sahəsində göstərilən xidmət növləri haqqında məlumat verilib. Qonaqlar Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə aktiv 14 fəaliyyət istiqaməti üzrə təlim prosesini izləyiblər.
 
Tədbirdə Şika şəhərinin meri Masaru Koizumi, Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri Takeya Yukihiro, DOST İnklüziv İnkişaf və Yaradıcılq Mərkəzinin direktoru Pərvin İsmayılova çıxış edərək uğurlu müştərək əməkdaşlıq layihələrindən söhbət açıblar.
 
Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin 30 illiyi ilə bağlı ölkəmizə gəldiyini deyən Şika şəhərinin meri cəmiyyətdə sosial bərabərsizliyin azaldılması istiqamətində Mərkəzin unikal layihə olduğunu bildirib. Burada həssas əhali qrupuna aid şəxslərin sosiallaşması, cəmiyyətə adaptasiyası məqsədilə görülən işləri yüksək qiymətləndirib. Qonaq qeyd edib ki, hər iki ölkənin musiqiçilərinin öz milli zərb alətlərində eyni kompozisiyanı ifa etməsi xalqlarımız arasındakı yaxınlığın, dostluğun ifadəsidir.
 
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Pərvinə İsmayılova bildirib ki, bu tədbir "Yaponiya-Azərbaycan Dostluq İli"ndə Yaponiyanın Azərbaycandakı səfirliyi ilə birgə reallaşdırılan üçüncü layihədir və əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur. Mərkəzin rəhbəri layihənin məqsədinin sosial inklüzivliyin təmini, həssas qrupdan olan şəxslərin cəmiyyətdə özlərini tapması prosesinə dəstək olduğunu vurğulayıb.
 
Sonra Şika şəhərindən Tenyu Şika qrupunun üzvləri-vadaiko (ənənəvi yapon zərb alətləri) ifaçıları Mərkəzin benefisiarları ilə birgə konsert proqramı ilə çıxış ediblər. Proqramda Azərbaycan və Yaponiya musiqi mədəniyyətinə xas nümunələr səsləndirilib. Konsert hər iki ölkənin musiqiçilərinin ifasında milli zərb alətlərində “Yallı” kompozisiyası ilə yekunlaşıb.
 
Qeyd edək ki, bu tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Yaponiyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən üçüncü layihədir. Azərbaycan dostluq münasibətlərinin 30 illiyinə həsr edilən Yaponiya Mədəniyyət Festivalında Mərkəz benefisiarların əl işlərindən ibarət "Ruandzi" adlı stendlə təmsil olunub. Əməkdaşlığın davamı olaraq, 24-25 iyun tarixində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilatçılığı, Yaponiyanın Azərbaycandakı səfirliyinin və Yaponiyanın aparıcı xeyriyyə təşkilatı “The Nippon Foundation”in dəstəyi ilə Bakıda Dənizkənarı Milli Parkda iki gün müddətində “True Colors Festival” təşkil edilib.

 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Ölkə ərazisində yağıntılı hava müşahidə olunub
11:33 12.05.2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
11:29 12.05.2025
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
11:26 12.05.2025
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
11:24 12.05.2025
NASA Veneranın qabığının sürpriz cəhətini ortaya çıxarıb
11:19 12.05.2025
Bəzi çaylarda sululuq artdı
11:10 12.05.2025
Əfqanıstanda şahmat qadağan olunub?
10:56 12.05.2025
Nanəli suyun faydaları açıqlandı
10:54 12.05.2025
Qırğızıstanda zəlzələ baş verib
10:51 12.05.2025
“HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
10:49 12.05.2025
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
10:47 12.05.2025
Adı musiqi tariximizin səhifələrinə əbədi yazılmış bəstəkar
10:45 12.05.2025
Bədavi Hüseynov “Qarabağ”ın heyətində çempionatda 250-ci oyuna çıxıb
10:40 12.05.2025
İsrail ABŞ-nin Qəzzaya humanitar yardım çatdırmaq planını dəstəkləyib
10:37 12.05.2025
"Putini mayın 15-də şəxsən Türkiyədə gözləyəcəyəm"
10:35 12.05.2025
Roma Papası gerbini və şüarını açıqlayıb
10:31 12.05.2025
Moqadişoda daşqın olub
10:27 12.05.2025
Misirin Baş naziri: Ölkədə 10 milyondan çox qaçqın var
10:24 12.05.2025
PKK özünü ləğv etdi
10:18 12.05.2025
Abşeron Milli Parkında Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar veloyürüş təşkil edilib
10:10 12.05.2025
Qəzzada ölənlərin sayı 53 minə çatır
10:05 12.05.2025
Hindistanda ağır yol qəzası baş verib
10:03 12.05.2025
Şizofreniya xəstələrinin beyinləri sağlam insanlara nisbətən daha tez qocalır
09:48 12.05.2025
Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
08:12 12.05.2025
Rusiya bu il Azərbaycanda yeni sənaye parkının yaradılmasına ümid edir
07:55 12.05.2025
Omanda İran-ABŞ danışıqlarının növbəti raundu keçirilib
06:25 12.05.2025
Bitkoinin qiyməti bu il ilk dəfə 105 min dolları ötüb
06:07 12.05.2025
Hamısı