Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.
Ednews xəbər verir ki, Cavid Hüseynov idarə etdiyi "Ford Transit" markalı avtomobillə yolu keçən Fuad Əliyevi vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Apa.az-ın məlumatına görə, faktla bağlı araşdırma aparılır.