Noyabrın 27-i gecə saatlarında İranda etiraz aksiyaları bütün gücü ilə davam edib. Tehran şəhəri başda olmaqla onlarla şəhərdə etirazçılar hökumət və İran rəhbəri Əli Xamenei əleyhinə kəskin şüarlar səsləndiriblər.
Ednews xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında məlumat verilib.
Bildirilir ki, Gilan əyalətinin Rudsər şəhərinin Rəhimabad bölgəsində repressiv qüvvələrin dinc etirazçılara qarşı zorakılığından hiddətlənən aksiyaçı iştirakçıları Əli Xameneinin şəhərdəki nümayəndəsinin ofisini “Molotov kokteyli” ilə yandırıblar.