“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi Milli Məclisdə müzakirə olunacaq.
Ednews xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, qanuna dəyişiklik barədə layihə Milli Məclisin dekabrın 2-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
Qeyd olunub ki, toplantının gündəliyinə ümumilikdə 26 məsələ daxil edilib.