Sosioloq Azərbaycanın bu adət-ənənlərini axmaq adlandırdı SƏRT FİKİRLƏR

Cəmiyyət 12:49 01.12.2022

“Biz öz adət-ənənəlirimizi müasirləşdirmək sahəsində gürcülərdən xeyli geridəyik”.

Bu sözləri Ednews-a tanınmış sosioloq Əhməd Qəşəmoğlu deyib. O, qeyd edib ki, indiki vaxtda cəmiyyətimiz sürətlə dəyişir - mürəkkəbləşir, həssaslaşır. Belə bir şəraitdə, təbii ki, bir sıra adət - ənənələrimiz köhnələ bilər. 

“Bu məsələdə çox həssas olmaq lazımdır. Çünki, bəzən səhv salaraq olduqca əhəmiyyətli adət-ənənəmizi köhnə hesab edib ondan üz döndərmək milli inkişafımız üçün çox ziyanlı ola bilər. Bəs meyarımız necə olmalıdır? Necə inanaq ki, kiminsə köhnə hesab etdiyi adət-ənənə doğrudan da köhnəlib? Bu işdə mənim təklif etdiyim, indi beynəlxalq elm aləmində uğurla yayılmaqda olan ahəngyol elmi kömək edə bilər. Deməli, biz düşünməliyik ki, dəyişən bu mürəkkəb cəmiyyətdə xalqımız üçün əhəmiyyətli olan məsələlər, sosial institutlar hansı şəkildə olmalıdır ki, bu xalqımızın tərəqqisinə kömək etsin, əksinə mane olmasın. Misal üçün, Azərbaycan ailəsi indi necə olmalıdır? Məlumdur ki, ailənin  yüz illər boyu mövcud olan əbədi, əzəli funksiyaları vardır:

- əks cinsdən olub sənə öz həyatında hər cür qayğı göstərən, dar gündə yanında olan bir insanın olması;

- ahəngdar bir həyat yaşamağına kömək edən insanın olması;

- övladların olması;

- övladlarını səninlə birlikdə tərbiyə edən, həyat üçün hazırlayan insanın olması;

- öz sevincini, kədərini, müxtəlif xarakterli sirrini  bölə biləcəyin, etibar etdiyin insanın olması və s”. 

Sosioloqun sözlərinə görə mürəkkəb zamanda hansı  adət-ənəmiz ailənin əbədi-əzəli funksiyasını daha yaxşı yetirməsinə kömək edirsə, onu köhnə saymaq olmaz. Amma, hansı adət-ənənə buna mane olursa, təbii ki, o adət-ənənədən yaxa qurtarmaq lazımdır.  Misal üçün əminin, dayının, xalanın, bibinin övladı ilə evlənmək olduqca axmaq bir adət-ənənədir.

“Tez bir zamanda ondan yaxa qurtarmaq lazımdır. Amma, ailə daxilində mənəvi dəyərləri artıran, ahəngdar münasibət yaratmağa kömək edən hər hansı bir adət-ənənəmizi köhnə hesab edib  atmaq olduqca təhlükəlidir. Yaxud cehizlə bağlı olduqca gərginlik yaradan adət-ənənələrdə dəyişiklik etməyə ehtiyac var. Toylarımızı  qədim adət-ənələrimizdən istifadə edərək daha da zəngin, gözəl etmək olar.

Bizim öz adət-ənənələrimizdən istifadə sahəsində xeyli çatışmazlıqlarımız var. Dərhal kiminsə müasir hesab etdiyi bir şeyə daha çox meyl edirik. Təhsillə bağlı adət-ənənəmizdə xeyli qüsurlar var. Mütilik, özünə inam hissinin zəifliyi ilə bağlı adət-ənənə çox zərərlidir. Bir sözlə, adət-ənələrimizin hansının köhnə, yaxud, faydalı olmasını müəyyənləşdirmək lazımdır ki, onların hansı həyatımızda ahəngi artırır, hansılar gərginlik yaradır? Misal üçün, qan düşməni olmaq, qız qaçırmaq, arvadı döymək, kişini söymək, ona qarğış etmək, özündən zəifi təhqir etmək, ona üstünlük nümayiş etdirmək, insanları istismar etmək, kobudluğu üstünlük hesab etmək, rüşvətə, fırıldağa, mərdimazarlığa şərait yaradan adət-ənənəni dərhal ləğv etmək lazımdır”.

Oğuz Ayvaz

 

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı