Dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “Mercedes” markalı avtomobil aşıb.
Bu barədə Ednews-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, nəticədə sürücü hadisə yerində ölüb. Dağılan yanacaq yoldan təmizlənib.
Hadisə ilə bağlı Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.