Növbəti beş ildə kibercinayətlərdən itkilər üç dəfə artacaq.
Ednews xəbər verir ki, kibercinayətlər "Cyber Crime Magazine" tərəfindən "məlumatların pozulması və məhv edilməsi, pul oğurluğu, məhsuldarlığın itirilməsi, əqli mülkiyyət oğurluğu, şəxsi və maliyyə məlumatlarının oğurluğu, mənimsəmə, fırıldaqçılıq, hücumdan sonra biznesin pozulması, məhkəmə araşdırması, sındırılmış məlumatların bərpası, nüfuzun zədələnməsi" kimi xarakterizə olunur.
Bildirilib ki, 2022-ci ildə kibercinayətlər 8,44 trilyon dollarlıq ziyan vurub.
Bunun 2027-ci ilə qədər təxminən 23,84 trilyon dollar olacağı proqnozlaşdırılır.