Axtarışda olan 95 nəfər saxlanılıb - DİN - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

Axtarışda olan 95 nəfər saxlanılıb - DİN

Cəmiyyət A- A A+
Dekabrın 2-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. 
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ednews-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 95, o cümlədən borclu şəxs qismində axtarılan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
 
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər ölüb. 
 
Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyənləşdirilib. 
 
Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...