Xəzər dənizinin Dağıstan Respublikası ərazisi sahillərində 700-ə qədər suiti cəsədləri aşkar edilib.
Ednews xəbər verir ki, bu barədə Federal Balıqçılıq Agentliyinin Şimali Qafqaz Ərazi İdarəsi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Xəzər dənizinin sahilində, Mahaçqala şəhərinin Kirovski rayonunda, Neft Bazasından Sulak çayının mənsəbinə qədər olan ərazidə 650-700 baş ölçüdə suiti cəsədləri aşkar edilib. Tapılan heyvanların sayı arta bilər. İddia olunan ölüm səbəbləri hələ müəyyən edilməyib”, - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, mütəxəssislər məməlilərin ölüm səbəblərini müəyyən etmək üçün laborator müayinələrə başlayıblar.