Beyləqanda bir ailənin 4 üzvünün qətlə yetirilməsi ilə bağlı yeni detallar məlum olub.
Ednews-un Apa-ya istinadən verdiyi məlumata görə, qətlə yetirilən Amin və Xəyal Quluzadə qardaşlarının onların həyatına son qoyan Fuad Cəlilzadə ilə uzun müddətdir aralarında münqaişə varmış.
Hadisə baş verən gün qardaşlar Fuad Cəlilzadənin evinin damını daşlayıb, onun bu yaxınlarda vəfat etmiş bacısını söyərək qəbiristanlığa “söhbətə” çağırıblar.
Bundan sonra Fuad Cəlilzadə özünə məxsus ov silahı ilə ora gedib və hər iki qardaşı güllələyib.
Hadisə yerində olmuş şəxslərin dediyinə görə, qətlə yetirilən qardaşların birinin əlində bıçaq olub.
Fuad Cəlilzadə daha sonra qardaşların yaşadığı evə gələrək onların valideynlərin - Nadir Quliyev və Tərgül Quliyevanı da güllələyib.
Daha sonra Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək, cinayət törətdiyini etiraf edib.
O da bildirilir ki, qətlə yetirilən Tərgül Quliyeva qonşu kənd Eyvazllardan Tatalılara gəlin köçübmüş. Bu hadisədən sonra onun ata tərəf ailəsi qızlarını öz kəndlərinin məzarlığında dəfn etmək istəyiblər. Mərhumun sağ qalan iki oğulu babası evi ilə razılaşıb və anaları Eyvazalılar kənd qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, qonşular arasında münaqişə illər öncə başlayıb. Mərhum Quliyev Nadir Cümşüd oğlu qonşusu Loğman Cəlilovla mübahisə edib. Mübahisə zamanı Loğman Cəlilov Nadir Quliyevə yaba ilə xəsarət yetirib və uzun illər həbsdə olub. Məhz bundan sonra ailələr arasında çəkişmə başlayıb. Valideynlər arasında yaranmış gərginlik övladlara da keçib.