Azərbaycanda avtomobilə sahib olmaq istəyən insanların əksəriyyəti nəqliyyat vasitəsini xarici bazarlardan alaraq, daşıma şirkətlərinin köməyi ilə ölkəyə gətirir. Bununla da alıcı avtomobili sərfəli qiymətə əldə etmək imkanı qazanır.
Lakin, statistika göstərir ki, son 1 ildə daşıma xərcləri kəskin bahalaşıb.
Bəs, buna təsir edən, qiymətdə kəskin formada özünü biruzə verən əsas səbəblər hansılardır?
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Ednews-a açıqlamasında qiymət artımına səbəb olan əsas amilin bazar iqtisadiyyatındakı bahalaşmanın olduğunu bilridirb.
“Ölkəyə idxal olunan avtomobillərin böyük hissəsi xarici şirkətlər tərəfindən və xüsusi evakuatora sahib olan şəxslər tərəfindən həyata keçirilir. Qiymət artımı isə birbaşa xarici valyuta olan dollarla aparılır”.
A.Əsədov idxal prosesinin daha çox gəmi vasitəsilə həyata keçirildiyini də vurğulayıb.
“Gəmi xidmətləri vasitəsilə olan bütün alış-verişlər də məhz dollar vasitəsilə baş tutur. Bu halda da qiymət artımı müşahidə olunur ki, həmin qiymətlər də kilometrajdan asılı olaraq dəyişir”.
Ekspert avtomobil ixracında yaranan digər problemlər haqqındada danışıb. Onun sözlərinə görə, bu əsasən ölkəyə gətirilmə müddəti 2-4 ay ərzində baş tutan avtomobillərə dəyən ziyandır. (suda batma, zədələnmə və.s)
Maraqlıdır, bu zaman avtomobilə dəyən ziyan kim tərəfindən qarşılanır?
Bu suala cavab olaraq Aslan Əsədov bildirib ki, dəyən ziyanın xərcləri əksər hallarda məsul şirkətlər tərəfindən qarşılanır.
“Bir nüans var ki, bu günə qədər gətirilən avtomobillərdə alışma, yanma yaxud digər hallar müşahidə olunmayıb. Çünki sözügedən şirkətlər daha təchizatlı və peşəkar olduğuna görə vəziyyəti nəzarətdə saxlayırlar. Lakin gözlənilməz hadisələr baş verərsə, ziyan alıcının müqavilə bağladığı daşıma şirkəti tərəfindən ödənməlidir”.
Nəzrin Beydiyeva