Sabah İranda 20 yaşlı gənc edam ediləcək.
Ednews xəbər verir ki, bu barədə məlumat “Azad İran” teleqram kanalında verilib.
Bildirilir ki, İranda kütləvi etirazlarda iştirak etdiyi üçün edam ediləcək növbəti şəxsin adı Əli Muəzzəmidir. Onun 20 yaşı var.
Məlumatlara görə, onun sabah səhər saatlarında dar ağacından asılacağı gözlənilir.