Səhiyyə Nazirliyindən qriplə bağlı XƏBƏRDARLIQ

Cəmiyyət 12:30 09.12.2022
“Qrip ağır infeksion xəstəlikdir və onun ağırlığı, təhlükəliliyi fəsadları ilə özünü büruzə verir. Sətəlcəm, bronxit, sinuzit, otit mediası və digər xəstəliklər kimi ciddi fəsadlara səbəb ola biləcək ağır intoksikasiya ilə müşayiət olunur, mövcud xroniki patologiyanın kəskinləşməsinə səbəb olur”. 
 
Ednews  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov bildirib.
 
Onun sözlərinə görə, xəstəliyin ağır gedişinin və fəsadlaşmasının yüksək riski olan qruplar var:
 
“Buraya hamilə və doğuşdan sonrakı 2 həftəyədək olan zahı qadınlar, 59 ayadək olan körpələr, 5 yaşadək olan uşaqlar, yaşı 65-dən yuxarı olan şəxslər, xroniki xəstəlikləri olan insanlar (ürək, ağciyər, böyrək xəstəlikləri, metabolizm pozuntuları, qaraciyər, qan, nevroloji xəstəliklər) və immuniteti zəif olan şəxslər aiddir. Həmçinin İİV/QİÇS-ə yoluxmuş, steroid və immunsupressor (iltihab əleyhinə) dərmanlarla müalicə və ya profilaktika alan pasiyentlər. 
 
Ağır xəstələr stasionara yerləşdirilməli və antiviral və antibiotiklərlə daha intensiv terapiya almalıdırlar. 
 
Qrip elə bir xəstəlikdir ki, bütün yaş qruplarında rast gəlinir və ona yoluxmaq insanın həyat tərzindən asılıdır. Təmasların sayı çox olarsa, yoluxma ehtimalı da yüksək olur. Risk qrupuna uşaqlar və qocalar, hamilə qadınlar, tibb işçiləri, məktəbəqədər tədris müəssisələrində xidmət göstərən heyət, həmçinin daxili orqanların xroniki xəstəlikləri və yaşından asılı olmayaraq immun çatışmazlığı olan şəxslər daxildir. Səhiyyə, təhsil, ictimai nəqliyyat və ictimai xidmət işçilərinin də yoluxma riski yüksəkdir”. 
 
Həkim deyib ki, qripin fəsadları iki qrupa bölünür: 
 
“Birinci qrupa aid fəsadlar bilavasitə qripin gedişi ilə əlaqədar olur. Buraya hemorragik ödemi, meningit, meningoensefalit, toksik şok aiddir. İkinci qrup ağırlaşmalar isə xəstəliyin sonrakı 4-5-ci günündə meydana çıxır və adətən bakterial infeksiyanın qoşulması ilə əlaqədar olur. 
 
Ən təhlükəli və tez-tez baş verən ağırlaşma pnevmoniyadır. Pnevmoniya həm ilkin olaraq, həm də yuxarı tənəffüs yollarının virus infeksiyalarından sonra da inkişaf edə bilər. İkincili pnevmoniyaya ən çox səbəb olan bakterial infeksiyalardı (pnevmokok və stafilokok). Belə pnevmoniya xəstəliyin birinci həftəsinin sonunda - ikinci həftənin əvvəlində inkişaf edir. 
 
Qripin digər təhlükəli ağırlaşma kəskin respirator distres sindromudur. Bu ağırlaşmanın fonunda ciddi tənəffüs çatışmazlığı yaranır. Həmçinin qripin ağırlaşmaları otit, sinuzit, qlomerulonefrit, irinli meningit və sepsis kimi ciddi fəsadlara səbəb ola bilər. 
 
Hamiləlik dövründə immun, tənəffüs və ürək-damar sistemləri əvvəlkindən fərqli işləməyə başlayır.
 
Buna görə də bu zaman qripə yoluxma müəyyən qədər fəsadlı məsələdir. Ən çox rast gəlinən təsirlər vaxtından əvvəl doğuşların olması, çəkisi az olan körpənin doğulmasıdır. Bu, ananın hamiləliyin hansı dövründə qripə yoluxmasından asılıdır. Əgər virusa yoluxma hamiləliyin erkən dövründə, yəni birinci trimestrdə olarsa, müxtəlif anomaliyalar inkişaf edə bilər. Nadir də olsa bu hallar qeydə alınır. Hamilə qadınlar həmin riski nəzərə almalı, qrip mövsümünün aktiv olduğu vaxtlarda insanların çox olduğu yerlərdən uzaq olmalıdırlar. Əks halda arzuolunmaz hallara gətirib çıxara bilər. Bu hal xüsusilə ağır qriplərdə rast gəlinir”. 
 
T. Eyvazov qeyd edib ki, payız-qış mövsümündə orqanizmin immuniteti müəyyən qədər aşağı düşür: 
 
“Bu vaxtlarda xüsusən sağlam qidalar qəbul edilməli, gündəlik rasionda daha çox təzə meyvə-tərəvəz olmalıdır. Bunlar mümkün olmazsa, balanslaşdırılmış polivitamin həblərindən istifadə etmək olar. 
 
Qripdən, hava-damcı ilə yayılan digər kəskin respirator virus infeksiyalarından qorunma yolları eynidir. Yəni, əllərin tez-tez yuyulması və digər respirator gigiyena qaydalarına əməl etmək, qrip simptomları olan şübhəli şəxsləri təcrid etmək, xəstələrlə sıx təmasdan çəkinmək, sosial məsəfəni gözləmək, insanların kütləvi toplaşdığı məkanlarda olmamağı, çirkli əllərlə gözlərə, buruna və ya ağıza toxunmamaq tövsiyə edilir”.
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı