Azərbaycanda qadın qətlləri ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA SƏBƏBLƏR

Cəmiyyət 14:01 09.12.2022

Son vaxtlar Azərbaycanda evli cütlüklər arasında cinayət hadisələri artmaqdadır. Hadisələrin qurbanları isə qadınlar olur. Əksərən ərləri, qardaşları tərəfindən ölüdürən xanımlarln sayı gün keçdikcə artır.

Bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Bu cür amansızlıqların çıxış yolu varmı?

Ednews bu barədə ictimai şəxlərin fikirlərini öyrənib.

Millət vəkili Cavanşir Feyziyev açıqlamasında bildirib ki, qadınlara qarşı zorakılıq bütün dünyada rast gəlinən qəbuledilməz hadisədir. Ölkəmizdə də təəssüf ki, belə hallar baş verir. Bu cür hadisələri nə qədər “qısqanclıq”, “xasiyyətlərin uyğun gəlməməsi”, “ailə məişət mübahisəsi” və s. kimi əsassız ifadələrlə izah etməyə çalışsalar da zənnimcə, bu ilk növbədə ictimai şüurun səviyyəsi ilə bağlı məsələdir. Hər bir toplumda cinayətlərin sayı və xarakteri ilk növbədə həmin toplumun ictimai şüurunun göstəricisidir. Yalnız yüksək səviyyəli ictimai şüur ayrılıqda fərdləri daha məsuliyyətli davranmağa, nəcib davranış qaydaları əsasında yaşamağa sövq edir.

“İnsanların ailə həyatına hazır olmadan ailə qurması, ictimai-sosial münasibətlər haqqında heç bir maarifləndirmə işlərinin aparılmaması cəmiyyət daxili münasibətlərdə və davranışlarda neqativ halların aradan qaldırılmasını ləngidir. Bu kimi hallar təkcə qadınlara qarşı zorakılıqdan ibarət deyil. Uşaqlara qarşı zorakılıq, ləyaqətin alçaldılması, köməksiz vəziyyətdə olan insana qarşı laqeydlik və ya hətta cinayət törədilməsi kimi hadisələri aradan qaldırmaq üçün sosial-mədəni həyatın bütün sferalarını əhatə edən kompleks tədbirlər həyata keçirilməlidir”.

Deputatın sözlərinə görə bu tədbirlər məktəbəqədər təhsil müəssisələrindən başlamış orta və ali məktəblərə qədər bütün təhsil sistemini, bütün mədəniyyət obyektlərini, əmək kollektivlərini, bir sözlə cəmiyyətin bütün təbəqələrini əhatə etməlidir.

Psixoloq Rövşən Nəcəfovun sözlərinə görə insan mühitə uyğunlaşan canlıdır. Psixoloji uyğunsuzluq olan mühitlər böhranla nəticələnir. Sosial münasibətlərdə, ailədə və cəmiyyətdə qadına qarşı bioloji və şəxsi amillərin daha qabarıq olması patriarxal düşüncəni formalaşdırır. Bu düşüncə kişilərin dominant olduğu cəmiyyətlərdə iki cins arasında qeyri-bərabər münasibətləri tənzimləyir.

“Qadın qətllərinin müşahidəsi onu göstərir ki, cinayət şəxslərarası yaranmış qərəzdən yaranır. Şəxslərin iştirakçı olduğu mühitdə sağlam ünsiyyətin olmamasıdır. Ailədaxili mübahisələr, aldatma, qısqanclıq, namus, uyğunsuzluq, iqtisadi problemlər, işsizlik, psixoloji pozğunluqlar, adət-ənənə, boşanma kimi ifadə edilən anlayışlar qadın qətllərinin baş verməsinə səbəblərdəndir. Münasibətlər psixoloji sağlam ünsiyyət üzərində qurulmalıdır. Hüququn aliliyi insanların həyat tərzi olmalıdır. Psixologiyanın sərhədi hüquqa qədərdir. İnsanlar bütün informativ vasitələrlə hüquqi və psixoloji maarifləndirilməlidir. Başqasının həyatına maneə olmamaq tərbiyə funksiyası kimi aşılanmalıdır. Ailə, şəxslərin hüquqi və psixoloji olaraq formalaşdırdığı sağlam mühit olmalıdır. Münasibətlər sevgi üzərində yaranıb hörmət olaraq davam etməlidir”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın qeyd etdi ki, əvvəllər bəzi hallar olurdu ki, həftədə üç-beş qadın öldürülürdü:

“Mətbuatda gedən qətl xəbərləri əsasında deyə bilərik ki, ötən il Azərbaycanda ailə üzvləri tərəfindən 70 qadın öldürülüb. Qadınların ölümləri ilə bağlı beynəlxalq təşkilatlar da narahatlıq keçirdiklərini bildirirlər. Ölkəmizdə sığınacaqlar, operativ müdaxilələr var, amma bu daha çox uşaqlar üçündür.

Qadınların zorakılıqla üzləşdikləri vəziyyətlər üçün xüsusi bir proqram yoxdur. Bildiyiniz kimi, qadınların əksəriyyəti zorakılığa məruz qaldıqda qorxduğu üçün polisə müraciət edə bilmir”.

M.Zeynalova qeyd edib ki, ölkəmizdə qadınların ölümü ilə bağlı SOS siqnalı olmalıdır:

“Qadınları ailə üzvləri namus cinayəti adı altında qətlə yetirirlər. Yaxınları tərəfindən öldürülən qadınların olması və çoxluğu cəmiyyət üçün təhlükəli tendensiyadır və qarşısı alınmalıdır”.

Oğuz Ayvaz 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Hamısı