Güney Azərbaycanda yaşayan 40 milyon soydaşımızın yanındayıq - Dövlət Komitəsi - ednews.net

5 Fevral,

(+994 50) 229-39-11

Güney Azərbaycanda yaşayan 40 milyon soydaşımızın yanındayıq - Dövlət Komitəsi

Cəmiyyət A- A A+
"Bu gün Azərbaycan diasporunun qarşısında xüsusilə daha vacib və tarixi vəzifələr dayanır. Biz dünyanın hər bir yerində bütün azərbaycanlıların əməkdaşlığını, həmrəyliyini daha yüksək səviyyədə təşkil etməliyik". 
 
Ednews  xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin İstanbul şəhərində keçirilən dünya azərbaycanlı elm xadimlərinin görüşündə bildirib. 
 
O, xüsusilə indiki tarixi şəraitdə Azərbaycan diasporunun Güney Azərbaycandakı soydaşlarımızın yanında olduğunu vurğulayıb. 
 
"Biz Güney Azərbaycanda yaşayan 40 milyonluq soydaşımızın yanındayıq. Onların bu günlərdə yaşadıqları problemlər Azərbaycan diasporunun diqqətindədir", - F.Muradov söyləyib.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...