2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20,5 faiz artaraq 62 milyard 233,9 milyon manata çatıb.
Bu barədə Ednews Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 6182,2 manatlıq gəlir düşüb. Əhalinin sərəncamında qalan gəlirləri 55 milyard 761,6 milyon manat təşkil edib.
2022-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artaraq 827,9 manat təşkil edib.