21 yaşlı qadın həyat yoldaşının dərmanını içərək zəhərlənib.
Ednews-un verdiyi məlumata görə, hadisə Cəlilabad rayonun Maşlıq kəndində baş verib.
2001-ci il təvəllüdlü G. Quliyeva həyat yoldaşının psixotrop dərmanlarını qəbul edib. Dərmandan zəhərlənən qadın rayon mərkəzi xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.