Bakıda azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunan “Sevgi evi”sığınacağında “Totu” ləqəbli uşaq ölümə tərk edilir. Neçə vaxtdır qapadılması barədə qərar verilən, hələ də istintaqı bitməyən sığınacaqda özbaşınalıq isə davam edir.
Ednews xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə facebook səhifəsində “Sevgi evi” uşaq sığınacağında baş verənlərlə bağlı narahatlığını bildirib.
O, sığınacaqda yaşayan sağlam bir uşağın 2 il ərzində döyülərək nə hala düşməsi barədə paylaşım edib və ölümə tərk edilən “Totu” ləqəbli uşağın xilas edilməsi üçün dövlət qurumlarına çağırış edib:
“Hər gün onlarla sosial şəbəkə izləyiciləri tərəfindən “Sevgi” Uşaq Sığınacağı adı ilə “İnstaqram”da paylaşımları olan Könül adlı xanımın davranışı, uşaqlara olan münasibəti ilə bağlı mənə müraciətlər olur.