Yunanıstan paytaxtı Afinada kafelərdən birinə silahlı basqın edilib.
Ednews xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, kimliyi məlum olmayan şəxs kafeyə gələrək ətrafdakı insanlara atəş açıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Sözügedən şəxsin axtarışları davam edir.