Baş verən yol-nəqliyyat hadisələrinin səbəbi sürücülük vəsiqələrinin qanunsuz alınmasıdır Ekspertdən SƏRT SÖZLƏR

Cəmiyyət 16:30 22.12.2022

DİM sədri Məleykə Abbaszadə bildirib ki, sürücülük imtahanlarının Dövlət İmtahan Mərkəzinə verilməsini təklif edib.  

Məlumat üçün qeyd edək ki, hazırda imtahanlar Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həyata keçirilir. Məsələ gündəmə bir neçə dəfə gəlsə də ancaq müzakirə səviyyəsində qalıb.

Bəzi ekspertlər də sürücülük imtanlarının DYP-dən alınıb DİM-ə verilməsi məsələsinə dövlət proqramı çərçivəsində baxılmasının daha məqsədəuyğun olduğunu bildirir. Lakin məsələnin digər aspektləri də var.

Belə ki...

İmtahanlar DİM tərəfindən keçirilərsə...

Dövlət İmtahan Mərkəzi bir neçə aydan bir 200-300 nəfərin iştirakı ilə dövlət qurumlarının, nazirliklərə işə qəbul üçün imtahanlar keçirir. Qurumda bunun üçün çox ciddi hazırlıqlar prosesi aparır. İşə xeyli sayda əməkdaş cəlb olunur, imtahanın keçirilməsi üçün məkanlar kirayəyə götürülür və texniki işlər görmək üçün də vəsaitlər xərclənir.  Ancaq sürücülük vəsiqəsinin alınması üçün verilən imtahan həftədə bir-iki dəfə keçirilir və sürücü olmaq istəyən 5-10 nəfər gedib imtahan verirlər.  Belə olan təqdirdə bu iş DİM-ə verilsə, gərək onda vətəndaş sürücülük vəsiqəsi almaq üçün ən azı 3 ay imtahanın keçiriləcəyini gözləsin. 

Ekspertlərin rəyi...

Nəqliyyat eksperti Aslan Əsədov Ednews-a açıqlamasında bildirib ki , sürücülük imtahanlarının Dövlət İmtahan Mərkəzinə verilməsi çox maraqlı  və gözlənilən qərar idi.

“Çünki son zamanlar imtahanlarla və qeydiyyat şəhadətnamələri ilə,   nəqliyyat  vasitələrinin  qeydiyyata alınması ilə bağlı məlumatlar dolaşırdı. Bu da dövlətin son zamanlar  bu sahədəki boşluqları doldurmaq istəyini göstərir”. 

Ekspert bildirib ki , hər hansı nəqliyyat vasitəsi istifadə edən şəxs bu qaydaları, onun işləmə prinsipini  də bilməlidir.  

“Həmin şəxs  problemlə üzləşdikdə onun təmir olunma üsullarından bilgili olmalıdır. Hesab edirəm ki,  bu imtahanların DİM-in nəzarətinə keçməsinin bir sıra nəticələri olacaq. İmtahan prosesində sualların sayı artırıla bilər.Düşünürəm ki bu imtahan prosesi bir mərkəzdə olsa daha yaxşı olar. Nəzəri və praktiki imtahanlar eyni qurum tərəfindən idarə olmalıdır. 

Onun sözlərinə görə  əgər praktiki imtahanlar üçün ərazi də lazım olarsa hər hansı sürücülük şirkətləri ilə müqavilə də imzalana bilər.   

 “Sürücülük məktəbləri ilə bağlı həll mexanizmləri də hazırlana bilər. Birbaşa  sürücülük vəsiqəsinin verilməsi ilə bağlı n bir sıra dəyişiklklərə səbəb olacaq.Söhbət təkcə minik  avtomobillərindən getmir. Sürücülük vəsiqəsi dedikdə  yük maşınlarının da vəsiqələri də nəzərdə tutulur”. 

Təhsil eksperti Kamran Əsədov da imtahanların DİM-də keçirilməsi fikrini dəstəkləyənlərdəndir.  O, bu barədə Ednews-a bildirib ki, Dövlət İmtahan Mərkəzi şəffaf, obyektiv və ədalətli imtahan keçirən bir qurumdur.

“ Onlar yalnız  imtahanın test mərhələsini həyata keçirirlər. Hazırda  DİM-in nəzarətində olan bütün imtahanların  şəffaflığı,  heç bir  şübhə altında deyil.  Bu gün sürücülük vəsiqəsi almaq üçün çox təəssüf ki, neqativ hallar müşahidə olunur. Son zamanlar Azərbaycanda hər gün onlarla yol-nəqliyyat hadisələri baş verir.  Buna səbəblərdən biri də sürücülük vəsiqələrinin çox asan və qanunsuz yollarla əldə edilməsidir”. 

Ekspert  həmçinin  sürücülük vəsiqələrinin həmin şəxslərə düzgün şəkildə verilməsini təklif edib. 

“Düşünürəm ki, Dövlət İmtahan Mərkəzi  bu istiqamətdə işlər görməlidir. Bizim problemin  həlli üçün sualların kim tərəfindən idarə  olunması yox,  bacarıqların yoxlanılmasıdır.  DİM imtahanların yalnız test mərhələsini həyata keçirə bilər. Insanlar o imtahanın testlərini əzbərləməklə  bu  test imtahanından keçə bilərlər. Amma bu həll yolu deyil. Məsələ biliyin yox, bacarıqların yoxlanılmasıdır. Yol hərəkətləri ilə bağlı bir sıra nişanları ilə bağlı suallara cavablandırmaq  mümkündür. Düşünürəm ki,  test mərhələsini Dövlət İmtahan Mərkəzi həyata keçirməlidir. Bacarıqların yoxlanılmasını prosesini isə ekspertlərin iştirakı ilə müstəqil bir quruma vermək lazımdır”.  

Onun sözlərinə görə bu gün ciddi  problemlərdən biri  avtomobillərin idarə olunması ilə bağlıdır.  

“Dünya  ölkələrinin  təcrübələrindən yararlanmaq lazımdır. Sürücülük vəsiqəsi imtahanları  Dövlət İmtahan Mərkəzinə verilməsi  bu prosesdə şəffaflanma yaradacaq”.

 

Ayan Rzayeva

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Hamısı