“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilib.
Ednews xəbər verir ki, Prezident İlham Əliyevin təsdiq etdiyi dəyişikliklərə əsasən “manatla ifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkreditivlər və s.), fond sərvətləri (səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri” sözləri “nominal dəyəri manatla ifadə edilmiş səhmlər, istiqrazlar, veksellər və digər qiymətli kağızlar” sözləri ilə əvəz ediləcək.
Bundan əlavə “xarici valyutada ifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkreditivlər və s.), fond sərvətləri (səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri” sözləri “nominal dəyəri xarici valyutada ifadə edilmiş səhmlər, istiqrazlar, veksellər və digər qiymətli kağızlar” sözləri ilə dəyişdiriləcək.
Dəyişikliklərə əsasən, milli və xarici valyutada olan qiymətli kağızlarla bağlı bu Qanunun tələbləri çeklərə və digər ödəniş sənədlərinə də şamil ediləcək.