“Açılışında iştirak etdiyimiz Qırğız Respublikasının Azərbaycandakı Ticarət Evi ölkələrimiz arasında işgüzar əməkdaşlığın inkişafına töhfə verəcək”.
Ednews xəbər verir ki, bu fikirləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov səsləndirib.
“Qırğız Respublikasının Azərbaycandakı Ticarət Evi ticarətin artmasına müsbət təsir göstərəcək. Çıxışımda KOBİA-nın biznesə xidmətlərini və əməkdaşlıq imkanlarını qeyd etdim”, - deyə O.Məmmədov vurğulayıb.