Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi TƏŞKİL ETDİ

Cəmiyyət 19:14 29.12.2022

Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 29-da “Gülüstan” sarayında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edib. 

Ednews xəbər verir ki, ənənəvi olaraq keçirilən şənlikdə Vətən müharibəsi şəhidlərinin övladları, müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər. 

Həmişə olduğu kimi, bu dəfə də uşaqlar şənliyin keçirildiyi məkana onlar üçün ayrılmış avtobuslarla gəliblər. 

“Gülüstan” sarayı uşaqları sevindirmək üçün bayram əhval-ruhiyyəsində, nağıllar aləmini xatırladan dizaynla tərtib olunmuşdu. 

Uşaqları sarayda nağıl qəhrəmanları qarşılayıblar. Onlar “Face-art” vasitəsilə özləri də istənilən möcüzə qəhrəmanını canlandırmaq imkanı əldə ediblər. 

Bayram şənliyi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uşaqlara qayğısından, müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından bəhs edən videoçarxın nümayişi ilə başlayıb. 

Sonra “Şəngülüm, Şüngülüm, Məngülüm Yeni il şənliyini necə hazırladılar” tamaşası təqdim edilib. Teatrlaşdırılmış səhnəcik dostluq, xeyirxahlıq, qarşılıqlı kömək və Xeyrin Şərə qalib gəlməsi üzərində qurulub. 
“Gülüstan” sarayında balacalar üçün xüsusi zövqlə qurulan və əsl bayram əhval-ruhiyyəsi bəxş edən dekorasiyalar uşaqların xüsusilə böyük marağına səbəb olub. Rəqslərə qoşulan, mahnılar ifa edən uşaqlar Heydər Əliyev Fondunun onlar üçün təşkil etdiyi bayramı tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının əhatəsində qeyd ediblər. 

Musiqili-əyləncəli proqram müxtəlif uşaq kollektivlərinin və Azərbaycan incəsənət ustalarının iştirakı ilə hazırlanıb. 

Qeyd edək ki, müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, şəhidlərimizin övladları üçün Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində şənlik təşkil edilir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu qəbildən uşaqların problemlərinin həllinə xüsusi diqqətlə yanaşır, onları qayğı ilə əhatə edir. 

“Gülüstan” sarayında iki saata yaxın davam edən əyləncəli proqramın sonunda uşaqlara Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri verilib. 

Bayram tədbirində iştirak edən uşaqlardan bəziləri təəssüratlarını bölüşüblər. 

Paytaxtdakı 2 nömrəli internat məktəbinin şagirdi Ümid Şərifov bildirib ki, ən böyük arzusu Vətənimizə layiqli övlad olmaqdır. Balaca Ümid şanlı Zəfərimizlə qürur duyduğunu dilə gətirərək deyib: Şəhidlərimiz, qazilərimiz bizim fəxrimizdir. Onlar bizim üçün canlarından keçib, sağlamlıqlarından məhrum olublar”.

Tədbirin təşkilinə görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirən Ümid Şərifov deyib:

“Heydər Əliyev Fondu hər il uşaqlar üçün Yeni il şənliyi təşkil edir, bütün uşaqlardan diqqət və qayğısını əsirgəmir. Çox sağ olsunlar ki, uşaqları sevindirirlər. Mehriban xanıma çox minnətdarıq”. 

Digər müsahibimiz olan Fatimə Babayeva Vətən müharibəsi şəhidi Murad Babayevin yeganə övladıdır. “Bu gün özəl gündür. Biz çox əylənirik. Musiqi, teatr səhnələri ürəyimizcədir. Bu gözəl gün üçün Heydər Əliyev Fonduna, əziz Mehriban xanıma çox minnətdaram”, - deyə şəhid övladı sevinc hisslərini ifadə edib. 

Atası ilə bağlı xatirələrini bölüşən Fatimə bildirib:

“Atam Vətən müharibəsində şəhid olub. Atam və digər şəhidlərimiz canlarını qurban veriblər ki, biz əmin-amanlıq içərisində yaşayaq. Ən böyük arzum hərbçi olmaqdır. Bununla həm də atamın arzusunu reallaşdırmış olaram”. 

Göstərilən diqqətə görə dövlətimizə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirən 16 yaşlı Gözəl Budaqova sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində təhsil aldığını deyib.

Ədəbiyyatı çox sevdiyini bildirən G.Budaqova qeyd edib:

“Arzum budur ki, bütün uşaqlar sülh, əmin-amanlıq içərisində, qayğısız yaşasınlar. Biz bu gün bu gözəl şənlikdə çox əyləndik, unudulmaz anlar yaşadıq”. 

A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyanın şagirdi Renat Əlizadə isə deyib ki, bu gün onun xatirində həmişəlik qalacaq. On yaşlı Renat bayram şənliyinin onda xoş təəssüratlar oyatdığını vurğulayıb. O, bayram şənliyinə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı