Şəmkirdə valyutadəyişmə məntəqəsində baş vermiş partlayışdan sonra yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Ednews-a verdiyi məlumata görə, hadisə ilə bağlı dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gedib.
"Hazırda yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxlərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.
***
18.17
Şəmkirdə valyuta mübadiləsi məntəqəsinə silahlı hücum olub.
Ednews apa.az-a istinadən xəbər verir ki, hadisə rayonun “Bazar” adlanan ərazisində qeydə alınıb.
Naməlum şəxslər valyutadəyişmə məntəqəsinə qumbara atıblar. Hadisə zamanı 2 nəfər xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.