Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli yaşayış binasının damında bir neçə dəmir lövhənin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Ednews-a xəbər verir ki, bu barədə məlumatı FHN yayıb.
Məlumata görə, sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub. Xilasedicilər dəmir lövhələri müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.