ATV kanalında Vüsalə Əlizadənin aparıcılığını etdiyi "7 canlı" proqramında bu gün Əməkdar artist Vasif Məhərrəmli və müğənni İzzət Bağırov qonaq olublar.
Ednews Axşam.az-a istinadən xəbər verir ki, veriliş zamanı aparıcı sənətçiləri sınağa çəkərək onlardan atalar sözlərinin düzgün formasının soruşub. Rubrikanın ekrana gələn görüntülərində isə “səhv” sözünün “səhf” olaraq yazılması diqqət çəkib.
Sözügedən görüntülər sosial şəbəkədə də müzakirələrə səbəb olub.