Britaniyalı məşhur modelyer Viktoriya Bekhemin moda şirkəti 66 milyon funt sterlinqdən çox ( təxminən 136 milyon manatdan çox) məbləğ itirib.
Ednews Axsam az-a istinadən xəbər verir ki, bu barədə “Mirror” nəşri “Victoria Beckham Holdings Ltd” şirkətinin maliyyə hesabatlarına istinadən məlumat yayıb.
Sənədlərə əsasən, şirkətə 2021-ci ildə 5 milyon 887 min 36 funt sterlinq (təxminən 12 milyon 199 min 044 manat) zərər dəyib. Beləliklə, şirkətin yarandığı gündən bəri ümumi borcu 66,3 milyon funt-sterlinqə (137,4 milyon manat) çatıb. Bu səbəbdən Viktoriya və onun həyat yoldaşı keçmiş futbolçu Devid Bekhemə divident (səhmdar cəmiyyətin mənfəətinin hər il səhmdarlara ödənilən hissəsi) ödənilməyib.
2021-ci ildə təqdim edilən hesabatlarda auditorlar həmçinin moda şirkətinin fəaliyyətini davam etdirmək qabiliyyətinə dair ciddi şübhələr barədə xəbərdarlıq ediblər.
Eyni zamanda, satış artımının yenidən qeydə alındığı bildirilib. Belə ki, bu, 13% artımla 36 milyon funt sterlinqdən 41 milyon lirəyə yüksəlib. Brendin bu həftə təqdim etdiyi illik hesabatda deyilir ki, şirkət dəri məmulatları və "VB Body" gözəllik xətti də daxil olmaqla, yeni məhsulların çeşidini genişləndirir. Lakin bu, 2 milyon funt-sterlinq pul vəsaiti tələb etsə də, səhmdarlar şirkətə yalnız 0,6 milyon funt-sterlinq əlavə kredit veriblər.
Qeyd edək ki, Devid ötən il Qətərdə turizmi inkişaf etdirmək üçün 150 milyon funt sterlinqlik müqavilə bağlayıb. Lakin sonda o, reklam müqaviləsinin ədalətsiz icrasına görə kəskin tənqidlərlə üzləşib.