"Qayınanadam gizli əsərlər yazırdım. Mənə icazə vermirdi. Bilsəydi, saçımdan tutub sürüyərdi. Qayınanam məni döyüb".
Ednews xəbər verir ki, Əməkdar artist Elza Seyidcahan bu sözləri "Gəl, danış" verilişində deyib. Keçmiş həyat yoldaşından danışan müğənni qayınanası ilə bağlı etiraf edib:
"Heç nəyin üstündə olub. Bir dəfə gəlib gördüm ki, qaynım arvadını döyüblər, ikicanlı idi. Ağladım və onu müdafiə etdim. O zaman mən də döyüldüm. İndi qaynım arvadı qızına Elza adını qoyub".