“Bakı 2023-cü ildə səyahət etmək üçün planetin ən yaxşı yerlərindən biridir”.
Ednews xəbər verir ki, u barədə “Forbes” jurnalında məqalə dərc edilib.
2023-cü ildə ən yaxşı turizm istiqamətlərinin siyahısını təqdim edən nəşr Bakını da siyahıya əlavə edib.
Məqalənin müəllifi Anya Kartaşova Bakımızı “Qafqaz dağlarının Dubayı adlandırıb. O, paytaxt şəhərinin memarlıq xüsusiyyətlərinə diqqət çəkərək, “Formula-1” yarışlarının Bakıda keçirildiyini də qeyd edib.