Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil fondunun uçotu şöbəsinə yeni müdir təyin edilib.
Ednews-un xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu barədə müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Kərəm Qədirli Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil fondunun uçotu şöbəsinin müdiri təyin edilib.