"Ötən iki ay ərzində Media Reyestrində qeydiyyatdan keçmək üçün müraciət edən media strukturlarının sayı 200-dən çoxdur".
Ednews xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair keçirilən hesabat konfransında deyib.
Əlavə olaraq bildirib ki, onlardan 150-si qeydə alınıb. 180 jurnalist həmçinin reysterə salınıb.