“İstinadla bağlı məsələ hüquqi baxımdan həll edilib, qaydalara əməl etmək isə jurnalistlərin məsuliyyətidir”.
Ednews xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.
O, qeyd edib ki, istinad qaydalarının pozulması ilə bağlı jurnalistlər özləri Media Agentliyinə müraciət etməlidir:
“Əgər jurnalist görsə ki, onun materialı hansısa saytda istinadsız verilib, bu halda MEDİA-ya müraciət edə bilər. Məsələ Agentlik tərəfindən araşdırılaraq tədbir görəcək. Ancaq müraciət edilmədiyi halda Media Agentliyi hesab edir ki, bu məsələ tərəflər arasında razılaşdırılıb".