Karyera inkişafına dəstək məqsədilə 70 minə yaxın şəxsə xidmət göstərilib - ednews.net

9 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

Karyera inkişafına dəstək məqsədilə 70 minə yaxın şəxsə xidmət göstərilib

Cəmiyyət A- A A+
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən il 69 104 şəxsə düzgün peşə seçimi və karyera inkişafına dəstək məqsədilə peşəyönümü məsləhət xidməti göstərilib.
 
Ednews xəbər verir ki, onlardan 2460 nəfəri “Alo Karyera” dəstək xidməti çərçivəsində, 66 644 nəfəri isə Agentliyin Regional Məşğulluq filialları tərəfindən peşəyönümü məsləhət xidmətlərinə cəlb olunub.
 
Həmin şəxslər karyera planlaması, düzgün ixtisas/peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq kimi mövzular barədə məlumatlandırılıb.
 
Agentliyin Mərkəzi Karyera filialı tərəfindən 2022-ci il ərzində Bakıda və bölgələrdə vebinarlar, konfranslar, karyera sərgiləri, “Açıq qapı” günləri və yarmarkalar da təşkil olunub.
 
İşsiz şəxslər, şagirdlər, tələbələr, abituriyentlər və digər iştirakçıların qatıldığı tədbirlərdə ümumilikdə 18 823 şəxsə peşəyönümü xidməti göstərilib.
 
• Əmək yarmarkası və sərgilər: 5023 nəfər
 
• Tələbə İnkişaf Platforması (TİPX) 7 konfrans: 1336 tələbə
 
• Tələbə İnkişaf Platforması seminarları: 854 tələbə
 
• İş Klubu layihəsi – 96 nəfər 
 
• Karyera planlaması və inkişafı istiqamətində seminar və vebinarlar – 4885 nəfər
 
• İxtisas bələdçisi tədbirləri: 6546 nəfər
 
• İnternat evi uşaqları üçün həyata keçirilən seminar: 56 nəfər
 
• “Mənim Karyeram” layihəsi: 12 nəfər
 
• “Qlobal Karyera Ayı” çərçivəsində Xəzər universitetinin tələbələri üçün “Açıq qapı günü”: 15 tələbə
 
Agentlik tərəfindən, eyni zamanda yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılması, əmək bazarının tələblərinə uyğun peşə seçiminə dəstək məqsədilə Peşələr Festivalı keçirilib.
 
Festival çərçivəsində 29,7 mindən çox iştirakçı ilə qeyd olunan istiqamətlərdə maarifləndirmə söhbətləri aparılıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...