Yumoristik videoların qəhrəmanı TikTok ulduzu 45 yaşlı Aleksey Şetinin qətl, oğurluq, soyğunçuluqda ittiham olunur.
Ednews Axşam.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs 20 milyondan çox baxış toplayan TikTok videosundan "sevimli kürəkən" kimi tanınır. Krasnodar vilayətinin istintaq idarəsinin məlumatına görə, sosial şəbəkə fenomeni barəsində iş məhkəməyə verilib.
Həmin şəxs ümumilikdə 17 milyon rubldan çox pul, qızıl-zinət əşyaları və digər əmlakın mənimsənilməsi ilə bağlı 58 cinayətdə ittiham olunur. 2020-ci ilin dekabrında Aleksey növbəti oğurluğa cəhd zamanı evin sahibini öldürüb. Tiktoker qurbana beş güllə vurub. Daha sonra o, cinayət axtarışı əməkdaşları tərəfindən görülüb və onlara atəş açıb qaçıb. İstintaq zamanı cinayət işində iştirak edən şəxsdən odlu silah-sursat, oğurlanmış qızıl-zinət əşyaları və digər maddi sübutlar götürülüb.