Bakı və Şəkidə məktəbli itkin düşüb.
Ednews apa.az-a istinadən xəbər verir ki, Binəqədi rayon sakini, 2009-cu il təvəllüdlü məktəbli Nihat Rəhmətulin yanvarın 13-də evdən oyun zalına getmək adı ilə çıxıb və geri qayıtmayıb.
Bundan başqa Şəkidə 2006-cı il təvəllüdlü, 10-cu sinif şagirdi Ramazan Hacıyev yanvarın 14-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.