Göygöldə yol-nəqliyyat hadisə baş verib.
Ednews-un məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Kamaz” markalı yük maşını “Opel” markalı minik avtomobili ilə toqquşub.
Qəza zamanı 1969-cu il təvəllüdlü Tamaşa Məhərrəmova, 1991-ci il təvəllüdlü Samiyə Salmanova və 2015-ci il təvəllüdlü Lamiyə Salmanova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.