Müəllimlər niyə nüfuzdan salınır? SƏBƏBLƏR

Cəmiyyət 17:01 23.01.2023

Son zamanlar  sosial şəbəkələrdə təhsil ocaqlarında baş verən  müəllim-şagird münasibətlərinin görüntüləri yayılır. Bu artıq neçənci dəfədir ki,  məktəblərdə təhsil müəssisələrinə yaraşmayan hadisələrin şahidi oluruq. Müəllimlər şagirdləri öz övladları kimi görmür, yoxsa şagirdlər müəllimlərin onların ikinci valideyni olmasını istəmirlər?  Bu videoların yayılmasında müəllimlərin nüfuzdan salınmasının səbəbi nədir?

 “Müəllim-şagird arasında belə münasibətlər hər zaman olacaq. Bu gün texnologiya dövrüdür.  Fərqli-fərqli münasibətlər ictimailəşməsi  məktəbin müəllimin nüfüzuna xələl gətirir”. 

Bu sözləri Ednews-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib.

Ekspert problemin başlıca səbəbini nizam-intizam qaydalarını tənzimləməyən məktəb nizamnamələrin olmamasında görür. Onun sözlərinə görə istənilən fəaliyyət hüquqa əsaslanmalıdır.  

“Azərbaycan Respublikası 32 ildir müstəqildir. Ölkədə hazırda 4432 məktəb  var. Bu 4432 məktəblərin heç birinin nizamnaməsi yoxdur. Nizamnamələrdə müəllimlərlə, şagirdlərlə, valideynlərlə münasibətlər tənzimlənməlidir. Təhsil Nazirliyinin 6 noyabr  2014-cü il tarixli Kollegiya iclasında müəllimlərin etik davranış qaydaları təsdiq olunub”. 

O qeyd edib ki, hazırda baş verənlər sonuncu hadisə deyil. 

“Bundan sonra da belə hadisələr baş verəcək.  Bunun qarşısını almaq üçün məktəblərdə bütün  münasibətləri hüquqi səviyyəyə gətirməliyik.  Valideynlər təhsil prosesində tərəfdaş olduğu üçün qaydalar eyni  zamanda müəllimlərə də şamil olunur.  Valideyn övladını məktəbə  yazdırarkən  ərizədə  məktəbin nizamnaməsinin qaydalarını əməl edəcəyinə öhdəlik götürür.  Əgər bu öhdəlik yerinə yetirilməzsə  anlaşma  da pozulmalıdır”.

Sosioloq Lalə Mehralı isə bildirib ki, sanki müəllimləri nüfuzdan salmaq üçün yarış gedir.  

“Bunun planlı, yoxsa kortəbii şəkildə baş verməsi haqqında, dəqiq  bir söz deyə bilməyəcəm. Vəziyyət çox qarışıqdır. İnsanların nə istəyib-itəmədiyi  bir qədər şübhəli qalır. Əgər  valideynlər övladlarının normal şəkildə təhsil almasının tərəfdarıdırlarsa,  birinci növbədə müəllimi baş tacı etməlidirlər”. 

Onun sözlərinə görə, hazırda  məktəblərdə vəziyyət 10 il əvvəlkindən fərqlidir.

 “Əgər valideyn övladının yanında müəllim haqqında  pis sözlər işlədirsə, müəllimin hökmünün olmaması haqqında övladı ilə  danışırsa bu  müəllimləri onun gözündə nüfuzdan salır. Başlıca səbəb budur. Əvvəl valideynlər övladlarının 

gözündə müəllimi ilahiləşdirirdilər. Vaxtı ikən valideynlər bizə  göydə Allah, yerdə müəllim deyirdilər.  Müəllimin dediyi bizim üçün qanun idi. Valideynlər də övladlarının yanında  müəllimin tərəfini həmişə saxlayırdılar”. 

Ayan Rzayeva
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO

Xəbər xətti

Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
09:00 11.05.2024
Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
Hamısı