Kartof
Kartofun soyuducuya qoyulması onun dadını itirməsinə səbəb olur. Odur ki, kartofunuzu soyuducuya qoymaq əvəzinə, sərin yerdə saxlayın. Kartof aşağı istilikdə saxlandıqda şəkərə çevrilir. Buna görə də dadını itirir və ağızda şirin bir dad yaradır.
Soyuducu pomidor üçün də yaxşı saxlama yeri deyil, çünki soyuq hava yetişmə prosesini dayandırır. Pomidorlar otaq temperaturunda saxlanılır. Pomidorları soyuducuda saxladığınız zaman onların quruluşu pisləşir.
Sarımsaq
Sarımsaq və soğan soyulursa, otaq temperaturunda saxlanmalıdır. Kartofdan ayrı saxlayın, çünki kartof etilen buraxır, bu da soğanın cücərməsinə səbəb ola bilər. Sarımsağın və soğanın ən yaxşı dostu qaranlıqdır. Böyük, işıqsız bir sahəniz yoxdursa, onları hava keçməsi üçün bir neçə deşik olan kağız torbalarda saxlaya bilərsiniz. Bu sayədə soğan və sarımsağı istədiyiniz yerdə saxlaya və eyni zamanda onların qaranlıq ehtiyaclarını qarşılaya bilərsiniz.
Şokolad aşağı temperaturda dadını itirir. Şokoladı soyuducuda saxladığınız zaman onun üzərində ağ təbəqə görmüsünüz... Üstəlik, qoxuları tez özünə çəkir. Bu səbəblə soyuducuda saxladığınız digər qidaları şokoladdan dada bilərsiniz.